Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir.
== Haqqında ==
Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi.
Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara baxmayaraq, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.